Qəzzada ölənlərin sayı 28 minə çatdı: Bölgədə insanlıq fəlakəti yaşanır...

21:10 9 Fevral 2024

İsrailin Qəzza zolağına 126 gündür davam edən hücumlarında ölənlərin sayı ən az 27 min 947, yaralıların sayı isə 67 min 459-a yüksəlib.
Sitat.info xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları 126 gündür ki, fasiləsiz olaraq davam edir.

İsrailin məhdudiyyətləri və hücumları səbəbindən humanitar böhranın təhlükəli həddə çatdığı bölgədə, bombardmanlar nəticəsində insan itkiləri günü-gündən artır.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail qüvvələrinin son 24 saatda həyata keçirdiyi hücumlarda 107 nəfərin həyatını itirdiyi, 142 fələstinlinin isə yaralandığı açıqlanıb. Açıqlamada, hücumların başladığı 7 oktyabrdan bu yana ölənlərin sayının 27 min 947, yaralıların sayının isə 67 min 459-a yüksəldiyi bildirilib.

Səid,

Sitat.info

 



Xəbər xətti