Birləşmiş Millətlər Təşkilatı, İsrailin Qəzzanın Rəfah şəhərinə hücum hazırlığı ilə bağlı deyib: "Rəfahdakı mülki əhalinin vəziyyətindən ciddi şəkildə narahatıq".
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Dujarrik BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisindən (OCHA) aldığı məlumata istinad edərək bildirib ki, Rəfahda "izdiham" yaranıb və yollar təmiz və düz ərazilər axtaran ailələrin çadırları ilə dolub.
Kənan
Sitat.info