SEPAH Britaniyada casus şəbəkəsi qurur

12:27 10 Fevral 2024

SEPAH İran və İraqa ziyarətə gedən Britaniyada yaşayan müsəlmanları casusluğa cəlb edir. Onlardan Britaniyada yaşayan iranlı müxaliflərə qarşı casusluqda və yəhudilərə qarşı sui-qəsddə istifadə edir.

Sitat.info xəbər verir ki, bu barədə Britaniya və İsrail rəsmilərinə istinadən "Deyli Meyl" nəşri məlumat yayıb.

Britaniya hökumətindəki mənbə nəşrə bildirib ki, SEPAH İngiltərədə kimlərisə öldürmək və ya qaçırmaq istədikdə, əsasən İngiltərədəki mütəşəkkil cinayət şəbəkələrindən istifadə edir.



Xəbər xətti