Biz bu bazaların yaradılmasına yardım etdiyimiz halda (Çexiyanın rəhbərliyi ilə NATO kontingenti yaradılan Slovakiyada) niyə burada bəzi bazalar yaratmalıyıq?
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bunu Çexiyanın keçmiş baş naziri Andrey Babiş Tvitter hesabında qeyd edib.
“Mən öz adımdan danışıram ki, bu, lazımsızdır, mən bunu dəstəkləmirəm, çünki boş yerə hesab edirəm”, - eks-nazir vurğulayıb.
Qeyd edək ki, daha öncə ölkənin müdafiə naziri Slovakiyadan sonra Çexiyada da ABŞ-ın hərbi bazasının yaradıla biləcəyini söyləyib.