İlham Əliyev fərman imzaladı

20:17 10 Fevral 2024

Prezident İlham Əliyev "Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Sitat.info xəbər verir ki, fərmanda qeyd olunur:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 646 (Cild I) 1-ci hissəsi ləğv edilsin.

2. Bu Fərman 2024-cü il yanvarın 1-dən tətbiq edilir".



Xəbər xətti