Bu seçki məntəqələrinin nəticələri ləğv edildi

16:30 11 Fevral 2024

Mərkəzi Seçki Komissiyası seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün lazım olan bütün addımları atıb, bu peşəkarlıq fonunda aparılan araşdırmalar göstərir ki, sağlam seçki mühitinə kölgə salmaq üçün bəzi cəhdlər olub.

Sitat.info xəbər verir ki, bunu MSK-nın bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.

Qeyd edilib ki, daxil olmuş bütün protokollar, internet resurslarında yayımlanan bütün informasiyalar araşdırılıb. Azərbaycanın öncül təcrübəsi kimi qəbul olunan veb-kameralar bu işdə də böyük yardımçı olub. Aparılan araşdırmalar zamanı bir neçə seçki məntəqəsində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən pozuntular aşkarlanıb.

Beləliklə, 41 saylı Gəncə-Samux-Goranboy Seçki Dairəsinin 38 saylı, 61 saylı Qusar Seçki Dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsinin 2 saylı, 77 saylı Lənkəran Seçki Dairəsinin 7 və 31 saylı, 92 saylı Göyçay-Ağdaş Seçki Dairəsinin 6 saylı, 99 saylı Bərdə Seçki Dairəsinin 2 saylı, 114 saylı Şəki Şəhər Seçki Dairəsinin 1 saylı, 115 saylı Şəki Kənd Seçki Dairəsinin 6 saylı seçki məntəqələrinin nəticələri ləğv edilib və həmin seçki məntəqələrinin komissiyaları buraxılıb.



Xəbər xətti