Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində hərbçilərə və mülki şəxslərə qarşı naməlum zəhərli maddədən istifadə ediblər.
Sitat.info bu barədə Ukrayna mediasına istinadən xəbər verir.
Azov Telegram-da bildirib ki, maddə drondan atılıb. Bəzi mənbələr kimyəvi silahdan istifadə iddiası irəli sürüb.
Bildirilir ki, qurbanlarda tənəffüs çatışmazlığı və vestibulo-ataktik sindrom (damar sistemində nasazlıq yaradır) müşahidə olunur.