Yaponiya Kiyevə 106 milyon dollar göndərəcək

13:00 11 Fevral 2024

Yaponiya hökuməti Ukraynanın bərpası üzrə fevralın 19-na planlaşdırılan ikitərəfli konfransın yekunlarına əsasən, Kiyevə 106 milyon dollar məbləğində qrant vermək niyyətindədir.

Sitat.info xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Qeyd edək ki, Yaponiya müharibə başlayandan bu günə kimi Ukraynaya 7.6 milyard dollar dəyərində humanitar, qida, maliyyə və digər növ yardımlar göndərib.



Xəbər xətti