Cavanşir Quliyevin ölüm xəbəri yalandır, əməliyyat olunacaq

09:00 12 Fevral 2024

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etməsi barədə məlumat yayılıb. Məlumatı onun sənət dostları paylaşıb.

Lakin dəqiqləşmədən sonra məlum olub ki, məlumat yalandır, Cavanşir Quliyevin müalicəsi davam etdirilir. 

Sitat.info xəbər verir ki, Heydər Əliyev Fondundan verilən məlumata görə, 74 yaşlı bəstəkar bu gün planlı əməliyyata girəcək. 

Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin beyninə qan sızdığı bildirilir. 

Bəstəkarın müalicəsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond tərəfindən dəstək verilir.



Xəbər xətti