İsrail Rəfahda əməliyyat keçirdi, 2 girovu azad etdi

11:56 12 Fevral 2024

İsrailin Rəfaha intensiv hava hücumu nəticəsində 37 nəfər həlak olub və 2 israilli əsir xilas edilib.

Sitat.info xəbər verir ki, bu barədə “Röyters” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, azadetmə əməliyyatı bazar ertəsi gecə 1 radələrində həyata keçirilib. İsrail qüvvələri iki girovun saxlandığı binaya gizli daxil olduqdan sonra mənzilin girişini partladıb. Partlayış zamanı binada olan 3 cihadçı öldürülüb.

60 yaşlı Fernando Marman və 70 yaşlı Luis Harr adlı İsrail vətəndaşları isə azad edilərək ölkəsinə qaytarılıb.



Xəbər xətti