İsrail ordusu Qəzzada daha 2 jurnalisti öldürüb

17:58 12 Fevral 2024

İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda daha 2 jurnalisti öldürdüyü bildirilib.

Sitat.info xəbər verir ki, Qəzza hökumətinin Media Ofisindən verilən yazılı açıqlamada İsrail ordusunun Rəfah və Cibəliyə şəhərlərinə təşkil etdiyi hücumlarda jurnalistlər Əla Həsən əl-Hims və Əngham Əhməd Advanın həyatını itirdiyi bildirilib. 

Qeyd olunub ki, oktyabrın 7-dən bu yana İsrail tərəfindən Qəzzada öldürülən jurnalistlərin sayı 126-ya çatıb.

Kənan

Sitat.info



Xəbər xətti