İsrail snayperlərinin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində Nasser xəstəxanasına açdığı atəş nəticəsində 7 nəfər ölüb, 14 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra məsələ ilə bağlı yazılı açıqlama verib.
“İsrail snayperləri Nasser xəstəxanasına sığınan tibb işçiləri və insanlardan 7-ni öldürüb, 14-nü yaralayıb”, - deyən Qudra, snayperlərin xəstəxananı mühasirəyə aldığını və hər hərəkət edənə atəş açdığını bildirib.
Kənan
Sitat.info