Ermənistan XİN-in saytındakı “Dağlıq Qarabağ” bölməsi ləğv edildi

10:12 13 Fevral 2024

Ermənistan Xarici İşlər Nazirliyinin saytında həmişə “Dağlıq Qarabağ problemi” bölməsi olub. Bölmə erməni, rus, ingilis və fransız dillərində fəaliyyət göstərib.

Sitat.info xəbər verir ki, Ermənistan KİV-i həmin səhifənin bütün dil versiyalarından artıq silindiyini bildirib.

Bu barədə erməni politoloq Sergey Melkonyan da sosial şəbəkələrdə yazıb.

“Əgər bu texniki səhv deyilsə, o zaman Ermənistan artıq texniki və rəsmi olaraq Azərbaycanla həmrəydir: “Dağlıq Qarabağ problemi artıq mövcud deyil”, - o yazıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Prezidentinin nköməkçisi Elçin Əmirbəyov Ermənistanın Müstəqillik Bəyannaməsi ilə yanaşı, Xarici İşlər Nazirliyinin rəsmi saytının da Bakı üçün mübahisəli olduğunu bildirmişdi: ona görə ki, bölmə Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu bildirirdi.



Xəbər xətti