Fransa Hizbullaha “10 km geri çəkilməyi” təklif etdi

13:18 13 Fevral 2024

Fransa Beyruta Hizbullahın 10 kilometr geri çəkilməsi planını nəzərdə tutan yazılı təklif təqdim edib.

Sitat.info xəbər verir ki, bu barədə “Röyters” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Fransa Livan-İsrail münaqişəsinə son qoymaq və bu iki ölkə arasında mövcud sərhəd mübahisələrini həll etmək məqsədilə Hizbullah qüvvələrinin sərhəddən 10 kilometr geri çəkilməsini təklif edib. Təklifin əsas məqsədi iki ölkənin sərhəd bölgəsində Qəzzadakı müharibə ilə paralel davam edən qarşıdurmalara son qoymaq və yeni münaqişənin baş verməsi ilə bağlı narahatlıqları aradan qaldırmaqdır.



Xəbər xətti