Hüseyn Əmir Abdullahian Dohada HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Haniyə ilə görüşüb.
Sitat.info xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, görüşdə Qəzzadakı son vəziyyət, müharibənin dayandırılmasının zəruriliyi və Qəzzaya təcili humanitar yardımın göndərilməsi ilə bağlı müzakirələr aparılıb.