Lloyd Ostin vəzifəsinin icrasına başlayıb - Pentaqon

09:27 14 Fevral 2024

ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəxanadan evə buraxılıb.

Sitat.info-nun məlumatına görə, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

“O sağalır və vəzifəsinin icrasına başlayıb”, - bəyanatda bildirilir.

Bir müddət öncə Lloyd Ostinin sidik kisəsində yaranmış problemlə bağlı xəstəxanada müalicə olunmuşdu.

O, vəzifələrini icrasını müvəqqəti olaraq müavini Ketlin Hiksə həvalə edib. Pentaqon rəhbəri sonuncu dəfə yanvarın 1-də prostat xərçəngi ilə bağlı əməliyyatdan sonra yaranan infeksiyaya görə xəstəxanaya yerləşdirilmişdi.



Xəbər xətti