Naxçıvandan olan Gültən Məhərrəmli magistr imtahanı üzrə respublika birincisi olub.
Babək rayon Qaraqala kəndindən olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnformasiya texnologiyaları ixtisasının 4-cü kurs tələbəsi Gültən Məhərrəmli 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarda 93 bal toplayaraq respublika birincisi olub.
Gültən Məhərrəmlini təbrik edir, ona yeni təhsil pilləsində uğurlar arzu edirik.