İsrailin Qəzza zolağına 131 gündür təşkil etdiyi hücumlarda can itkisi 28 min 576-ya yüksəlib.
Sitat.info xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.
İsrail ordusunun Qəzzada son 24 saatda həyata keçirdiyi 11 qırğında 103 nəfərin öldüyü, 145 nəfərin yaralandığı bildirilib.
Seymur Bənnayev
Sitat.info