Krım bu il mühasirəyə alına bilər - Svitan

09:29 15 Fevral 2024

Krım yarımadasını artıq bu il ABŞ-ın hərbi yardımı olmadan da mühasirəyə almaq mümkündür.

Sitat.info xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan deyib.

O bildirib ki, Krım yarımadası özlüyündə coğrafi olaraq “əməliyyat qazanı”na bənzəyir.

Eyni zamanda o, Rusiyanın Qara dəniz donanmasında altıdan artıq desant gəmisinin qalmadığını vurğulayıb.

Svitan onu da əlavə edib ki, Krım körpüləri ilə əlaqə kəsiləcəyi halda yarımadada ordunun ehtiyatı 1,5-2 ay davam edəcək.



Xəbər xətti