Cənubi Koreya və Kuba arasında diplomatik əlaqələr qurulub

09:44 15 Fevral 2024

Cənubi Koreya və Kuba arasında diplomatik əlaqələr qurulub.

Sitat.info xəbər verir ki, bu barədə Cənubi Koreyanın BMT-dəki daimi nümayəndəliyi açıqlama yayıb.

“Hər iki dövlət arasında rəsmi əlaqələrin qurulması qərarı Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn məqsəd və prinsiplərinə və 1961-ci il 18 aprel tarixli diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının müəyyən etdiyi ruh və qaydalara uyğun olaraq qəbul edilib", - deyə Cənubi Koreyanın BMT-dəki daimi nümayəndəliyinin məsələyə dair açıqlamasında qeyd olunub. Tərəflər qarşılıqlı olaraq Seulda və Havanada səfirliklərin açılmasına da qərar verib.



Xəbər xətti