Azərbaycan bu ölkədə səfirlik açır

12:10 15 Fevral 2024

Azərbaycanın Əfqanıstana təyin edilmiş səfiri İlham Məmmədov Kabilə gedib və Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə Taliban XİN-in nümayəndəsi Əbdül Kaxar Balxi X hesabında yazıb.

Bildirilib ki, səfir Müttəqi ilə görüşdə Kabildə səfirliyin açılması ilə bağlı rəsmi məktub təqdim edib.

Qeyd edək ki, 13 yanvar 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikanın Əfqanıstanda səfirliyinin təsis edilməsi haqqında qanunu imzalayıb, 2021-ci ilin iyul ayında isə İlham Məmmədovu Əfqanıstana səfir təyin edib.

Xarici işlər naziri Ceyhun Bayramov ötən ilin dekabrında bildirib ki, Bakı 2024-cü ildə Kabildə səfirlik açmağı planlaşdırır.



Xəbər xətti