Paşinyan yeni "inqilaba" hazırlaşır

13:56 15 Fevral 2024

Ermənistanın baş naziri Nikol Paşinyan tezliklə hökumətdə kadr inqilabı həyata keçirəcək.

Sitat.info xəbər verir ki, bu barədə erməni KİV-ləri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hazırda yeganə toxunulmaz şəxsdir.

“Görünür, onun işi həm Paşinyanı, həm də “Vətəndaş sazişi”nın elitasını təmin edir”, - KİV yazıb.

KİV qeyd edib ki, Paşinyan ona sadiq olan qanunverici orqanın üzvlərinə güvənir və onları icra orqanına keçməyə dəvət edir. Lakin deputatlar nazir portfelini götürməkdən imtina edirlər.



Xəbər xətti