Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi qızılcadan vəfat edib.
Sitat.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, məktəbin 8-ci sinif şagirdi, 14 yaşlı Nuray Süleyman qızı İbrahimova qızılca xəstəliyinin ağırlaşması səbəbindən həyatını itirib.
Qeyd edək ki, son vaxtlar ölkədə azyaşlı və yeniyetmələr arasında qızılca xəstəliyinin ağır keçməsi halları kəskin artıb və xeyli uşaq vəfat edib.