Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, Türkiyə ölkəsi üçün strateji müttəfiqdir.
Sitat.info xəbər verir ki, Belarus Rəyasət Heyətindən verilən açıqlamaya görə, Türkiyənin Minskdəki səfiri Güçlü Cem Işık etimadnaməni Lukaşenkoya təqdim edib.
Lukaşenko buradakı çıxışında Ankara ilə əlaqələrin əhəmiyyətinə diqqət çəkərək deyib: "Türkiyə və Belarus uzun tarixə malik strateji müttəfiqlərdir. Minsk və Ankaranı milli maraqların prioritetləri, milli təhlükəsizliyin təmin edilməsi, dövlətə verilən önəm birləşdirir"
Seymur Bənnayev
Sitat.info