Cənubi Afrika: İsrail BƏM-in qərarlarını pozur

14:53 15 Fevral 2024

Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr və Əməkdaşlıq naziri Naledi Pandor İsrailin Qəzzaya hücumlarını davam etdirərək Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) qərarlarını pozduğunu bildirib.

Sitat.info xəbər verir ki, Pandor Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən Afrika İttifaqı Xarici İşlər Nazirləri İcraiyyə Şurasının iclasında mətbuata açıqlama verib.

Nazir Pandor deyib: “Biz inanırıq ki, Qəzzada, İordan çayının qərb sahilində və hazırda Rəfahda baş verənlər işğal olunmuş Fələstin ərazilərində soyqırımın baş verdiyinə dair Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etdiyimiz iddiaları və İsrailin hərəkətlərini təsdiqləyir. Hökumət dediklərimizin doğru olduğunu açıq şəkildə sübut edir”. 

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti