Fələstin Səhiyyə Naziri: Qəzzadakı Nasser Xəstəxanasında humanitar fəlakət baş verə bilər

14:57 15 Fevral 2024

Fələstinin Səhiyyə Naziri Mey əl-Keyl xəbərdarlıq edib ki, İsrail qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunisdəki Nasser xəstəxanasını məcburi boşaldacaqlar.

Sitat.info xəbər verir ki, Nazir Keyl açıqlamasında İsrail ordusunun Nasser xəstəxanasını bombalaması nəticəsində ortopediya şöbəsində müalicə alan bir fələstinlinin öldüyünü, çox sayda xəstənin isə yaralandığını bildirib.

İsrail əsgərlərinin xəstəxananın həyətinə basqın edərək bəzi hissələrinə atəş açdığını ifadə edən Keyl deyib: “28 min 600-dən çox fələstinlinin ölümünə səbəb olan, təxminən 69 min adamı yaralayan, minlərlə insanı isə dağıntılar altında qoymuş İşğal Dövləti vəhşi hücumları ilə Qəzza zolağında təhlükəsiz yer qoymadı".

Seymur Bənnayev

​​​​​​​Sitat.info

 



Xəbər xətti