Rusiya ordusunun Mariupolda kimyəvi silahdan mümkün istifadəsinə dair məlumatlar yoxlanılır. Ola bilsin ki, bu, fosforlu sursatlar olub.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
“İlkin məlumatlara əsasən, bunların fosforlu sursat olması ehtimalı var. Yekun rəsmi məlumat daha sonra bildiriləcək”, - Malyar bildirib.
Malyar əlavə edib ki, Rusiya qüvvələri tərəfindən kimyəvi silahdan istifadə təhlükəsi həqiqətən mövcuddur və bu risk kifayət qədər yüksəkdir.