Xalq yazıçısı, əməkdar incəsənət xadimi Mövlud Süleymanlı bir həftədən çoxdur xəstəxanaya yerləşdirilib.
Bu barədə Kult.az-a yazıçının qohumları məlumat verib.
Bildirib ki, M.Süleymanlının beyninə qan sızıb:
“Hələ də koma vəziyyətindədir. Vəziyyəti orta-ağır qiymətləndirilir. Prezident İlham Əliyevin göstərişi ilə onun müalicə xərcləri dövlət tərəfindən qarşılanır”.