Bakıda bu avtobus da kart sisteminə keçir

18:20 15 Fevral 2024

Fevralın 17-dən Bakı Metropoliteni QSC-nin "20 Yanvar" stansiyasını Abşeron rayonunun Masazır kəndi ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı müntəzəm marşrut nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

Sitat.info xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

"AYNA sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işləri davam etdirir", - deyə məlumatda qeyd olunub.



Xəbər xətti