Livan İsraili BMT Təhlükəsizlik Şurasına şikayət edəcək.
Sitat.info xəbər verir ki, bu barədə Livanın Baş naziri Nəcib Mikati açıqlama verib.
“İsrailin hücumlarını, şəhidlərin sayını və böyük dağıntıları nəzərə alaraq, vəziyyətlə bağlı Xarici İşlər Naziri Abdullah Buhabib ilə məsləhətləşdim və məhkəməyə müraciət edilməsini təklif etdim”, - o bildirib.
Mikati İsrailin Livanın dinc sakinlərə qarşı hücumlarını pisləyib:
"Bütün tərəfləri sülhə çağırdığımız bir vaxtda düşmən İsrail hücumlarını hələ də davam etdirir. Bu da bizdə beynəlxalq tərəflərin müharibəni dayandırmaq üçün atdığı addımlar barədə şübhə yaradır".
Qeyd edək ki, İsrail ordusunun Livanın cənubundakı Nəbatiyyə şəhərində törətdiyi təxribat nəticəsində eyni ailədən 8, ümumilikdə 10 nəfər ölüb.
Beləliklə, İsrail ordusunun 2023-cü il oktyabrın 8-dən Livana hücumları nəticəsində həlak olan mülki vətəndaşların sayı 42-yə yüksəlib.
Türkan,
Sitat.info