Tunis sahillərində 5 miqrantın cəsədi tapılıb

19:14 15 Fevral 2024

Tunisin cənub sahillərində qayıqları batan miqrantlardan beşinin cəsədi tapılıb.

Sitat.info xəbər verir ki, bu barədə Tunis Milli Qvardiya Baş Administrasiyasının sosial media hesabında açıqlama verilib.

Açıqlamada deyilir: "54 miqrantı daşıyan qayıq Zerzis şəhəri sahillərində batıb. Dəniz Təhlükəsizlik Qüvvələrinin həyata keçirdiyi axtarış-xilasetmə işləri vaxtı 5 miqrantın cəsədi tapılıb".

Bildirilib ki, qayığın hansı ölkədən yola düşdüyü hələ məlum deyil. Dəniz Qüvvələri və Mülki Müdafiə qruplarının axtarış-xilasetmə işləri davam etdirilir.

Türkan,

Sitat.info

 



Xəbər xətti