Fransa müdafiə xərclərini artırır

19:35 15 Fevral 2024

Fransa, NATO üzvlərinin ümumi daxili məhsullarının ən azı 2 faizini müdafiəyə xərcləmələri üçün qarşıya qoyduğu hədəfə çatacağını açıqladı.

Sitat.info xəbər verir ki, Fransanın müdafiə naziri Sebastien Lecornu Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Zirvəsi ərəfəsində çıxış edərək, Fransanın bu il NATO-nun müəyyən etdiyi ümumi daxili məhsulun (ÜDM) 2 faizini hərbi büdcəyə ayırma hədəfinə çatacağını bildirib.

Lecornu vurğulayıb ki, üzərində dayanılması lazım olan “əsas məqam” ÜDM-in 2 faizini müdafiə xərclərinə ayırmaqdansa, bu nisbətin hərbi sahədə “səmərəli” istifadəsidir.

Kənan

Sitat.info



Xəbər xətti