Ukrayna Türkiyədən qırıcı təyyarə almağı planlayır

11:59 16 Fevral 2024

Gələcəkdə Ukrayna Türkiyənin beşinci nəsil KAAN qırıcılarını almaq istəyir və onlardan harada istifadə edəcəyini artıq bilir.

Sitat.info xəbər verir ki, bu fikri Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar söyləyib.

O bildirib ki, KAAN-ın F-35 və F-22 ilə rəqabət aparmaq üçün tam potensialı vardır.

“Beləliklə, dediyimiz kimi, uğur qazana bilsək və həm Şərqdə, həm də Qərbdə üçüncü tərəflərin təsirinin qarşısını ala bilsək, regionun ən güclülərindən biri olacağıq”, - deyə səfir əlavə edib.



Xəbər xətti