Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Sitat.info xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri və əziz Qardaşım.
Dost ölkənizdə bu yaxınlarda keçirilmiş seçkilərdə inamlı qələbə qazanmağınız və yeni müddətə Prezident seçilməyiniz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, dost Azərbaycan xalqının rifahı naminə tərəqqi və nailiyyət dolu inkişaf kursunu davam etdirməklə yüksək vəzifənizdə uğurlar arzulayıram.
Sizi Əlcəzairdə keçiriləcək 7-ci Qaz İxrac edən Ölkələrin Forumunun Sammitində görməyi səbirsizliklə gözləyirəm.
Zati-aliləri və hörmətli Qardaşım, ən yüksək və səmimi ehtiramımı qəbul etməyinizi xahiş edirəm".