Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelle Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Sitat.info xəbər verir ki, məktubda deyilir:
"Cənab Prezident.
Yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan şərəf və böyük məmnunluq duyuram.
Sizə yenidən etimad göstərilməsi həmvətənlərinizin ətrafınızda birləşməsinin bariz nümunəsidir. Seçkilərdə qazandığınız qələbə Sizə xalqınızın rifahı və ölkənizin inkişafı ilə bağlı faydalı hesab etdiyiniz islahatları həyata keçirmək üçün lazım olan bütün legitimliyi verir. Sizin uzaqgörən rəhbərliyinizlə Azərbaycan ən mühüm məsələlərdə, o cümlədən ölkə ərazisinin bütövlüyü və iqtisadiyyatının şaxələndirilməsi istiqamətində nəhəng addımlar atmışdır.
Cənab Prezident, əmin olun ki, Siz həmişə Cibuti xalqı və hökuməti tərəfindən ölkələrimiz arasında mövcud olan əlaqələrin möhkəmlənməsinə fayda verən hər cür dəstəyi görəcəksiniz.
Zati-aliləri cənab Prezident, Sizə bir daha müvəffəqiyyətlər arzulayır, qardaşlıq salamlarımı qəbul etməyinizi xahiş edirəm".