Hizbullah İsrailin 10 hərbi bazasını vurdu

15:16 16 Fevral 2024

Hizbullah bu gün səhər saatlarında İsrailin 10 hərbi bazasını hədəfə aldığını bildirən bəyanat yayıb.

Sitat.info xəbər verir ki, məlumata əsasən, ölkənin şərq və qərb hissəsi ayrı-ayrı vaxtlarda müvafiq silahlarla hədəf alınıb. Bu hücumlar siyahısında “Rahab” bazasında yerləşən İsrailin kəşfiyyat texnikasının da vurulduğu bildirilib.

İsrail mediası isə bu gün Livanın cənubunda Hizbullaha məxsus 3 binaya və terror infrastrukturuna zərbələr endirildiyini bildirib.

Hələlik itki və tələfat haqqında məlumat verilməyib.



Xəbər xətti