İran şərq və şimal-şərq sərhədlərini bağlamağı planlaşdırır.
Sitat.info xəbər verir ki, bunu İranın Quru Qoşunlarının komandanı Əmir Kiyumərs Heydəri deyib.
O, Taliban hökumətinin rəsmi Tehranın bu qərarına etirazına münasibət bildirərək, sərhədlərin bağlanması barədə qərarın İranın hüququ olduğunu bildirib.
“Sərhədlərimizi bağlamaq niyyətindəyik - heç kim buna etiraz edə bilməz. Başqaları bizim sərhədlərimiz daxilində nə edəcəyimizi bizə diktə edə bilməz. Bu, təhlükəsizliklə bağlı atılan addımdır. Bunu başqa ölkələr də edirlər. Burada hansısa qonşumuza qarşı haqsızlıq yoxdur”, - o bildirib.
Qeyd edək ki, Tehran hakimiyyətinin bu addımına Taliban hökumətinin sözçüsü Zəbiullah Mücahid münasibət bildirərək, Əfqanıstanın heç bir ölkəyə təhdid olmadığını deyib. O, İran-Əfqanıstan sərhədinin bağlanmasının iki ölkənin razılığı əsasında olmalı olduğunu bildirib.