Prezident 5 mühüm sərəncam imzaladı

14:26 12 Aprel 2022

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamında dəyişiklik edilib.

SİTAT.İNFO xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, 1. “Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamının 1-ci hissəsində “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri” sözləri “Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri” sözləri ilə əvəz edilir və həmin hissəyə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri” sözlərindən sonra “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri” sözləri, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözlərindən sonra “Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri” sözləri əlavə olunur.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Gürcüstan tərəfinə bildiriş göndərəcək.

***

Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərkibində dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, “ Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini” sözləri “Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini” sözləri ilə, “Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri “Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini” sözləri ilə əvəz edilib

Bundan başqa, sərəncama əsasən, “Azərbaycan Respublikası vergilər nazirinin müavini” sözləri çıxarılıb, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini” sözlərindən sonra “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini” və “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini” sözləri, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini” sözlərindən sonra “Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri” sözləri əlavə edilib.

Xarici İşlər Nazirliyi bu Sərəncamda edilən dəyişiklik barədə Polşa Respublikası tərəfinə bildiriş göndərməlidir.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 mart tarixli 2070 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 mart tarixli 2070 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 296; 2009, № 1, maddə 17, № 9, maddə 720; 2010, № 9, maddə 773; 2012, № 2, maddə 100; 2014, № 2, maddə 112, № 6, maddə 644; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2017, № 11, maddə 2067; 2021, № 7, maddə 818) 1-ci hissəsində “Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri “Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini” sözləri ilə əvəz edilsin və həmin hissəyə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini” sözlərindən sonra “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini” sözləri, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti” sözlərindən sonra “Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Qazaxıstan Respublikası tərəfinə bildiriş göndərsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 may tarixli 2830 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 may tarixli 2830 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 419; 2009, № 1, maddə 17; 2010, № 2, maddələr 80, 104, № 9, maddə 773; 2012, № 2, maddə 134; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 11, maddə 1414; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 8, maddə 1677; 2019, № 12, maddə 1966; 2021, № 9, maddə 1028) 1-ci hissəsində “Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri “Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini” sözləri ilə əvəz edilsin və həmin hissəyə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri” sözlərindən sonra “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Birləşmiş Ərəb Əmirlikləri tərəfinə bildiriş göndərsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 iyun tarixli 2125 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 iyun tarixli 2125 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1128; 2021, № 7, maddə 815) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. “Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri “Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini” sözləri ilə əvəz edilsin;

1.2. “Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini” sözlərindən sonra “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədrinin müavini” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində edilən dəyişiklik barədə Qətər Dövləti Hökuməti tərəfinə bildiriş göndərsin.



Xəbər xətti