Ermənistanın konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bürövlüyü və suverenliyinə qarşı davam edən iddialardan əl çəkməsi vacibdir.
Sitat.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenlə görüşündə bildirib.
Görüşdə habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.