ABŞ İsrail hökumətinə bir neçə milyon dollar dəyərində müxtəlif hərbi sursat tədarük etməyi planlaşdırır.
Sitat.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb.
Məlumata görə, ABŞ hakimiyyəti İsrailə təqribən 1000 ədəd "MK-82" bombası, eləcə də "KMU-572" dəstləri və bombalar üçün partlayıcılar tədarük etməyi planlaşdırır.
Qeyd olunub ki, silahların tədarükü üzrə sövdələşmə hələ ki, Bayden administrasiyası tərəfindən nəzərdən keçirilir.