Ukrayna Baş Qərargah rəisi Oleksandr Sirskiy Donetsk vilayətinin Avdiyivka şəhərindən qoşunların çıxarılmasına qərar verdiklərini açıqlayıb.
Sitat.info xəbər verir ki, Sirskiy sosial media hesabından verdiyi açıqlamada Avdiyivka ətrafında yaranmış əməliyyat şəraitinə əsaslanaraq, mühasirəyə düşməmək və əsgərlərin həyatını qorumaq üçün qoşunları şəhərdən çıxarmaq və daha əlverişli mövqeləri müdafiə etmək üçün hərəkətə keçməyə qərar verdiyini bildirib.
Ukrayna əsgərlərinin üzərinə düşən vəzifələri şərəflə yerinə yetirdiyini qeyd edən Sirski deyib: "Əsgərlərimiz ən yaxşı rus qoşunlarını məhv etmək üçün əllərindən gələni etdilər və düşmənə əsgər və texnika baxımından əhəmiyyətli itkilər verdilər. Vəziyyəti sabitləşdirmək və mövqeləri qorumaq üçün tədbirlər görürük. Əsgərlərimizin həyatı ən yüksək dəyərdir. Avdiyivkanı geri alacağıq”.
Seymur Bənnayev
Sitat.info