Misir Qəzza zolağında fələstinlilərin deportasiyasına qarşı olduğunu bir daha bəyan edib və fələstinliləri yerləşdirmək üçün sərhəddə bufer zona yaratması ilə bağlı iddiaları təkzib edib.
Sitat.info xəbər verir ki, Misir Mətbuat İnformasiya Agentliyinin prezidenti Ziya Rəşvan sosial mediada yayılan iddialara yazılı açıqlaması ilə cavab verib.
Rəşvan deyib: "Misir, Qəzza ilə sərhədə paralel bir ərazidə fələstinliləri yerləşdirmək üçün bölmələr qurmağa hazırlaşdığı barədə sosial mediada yayılan xəbərləri qəti şəkildə rədd edir".
Seymur Bənnayev
Sitat.info