Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi İsrailin müdafiə naziri Yoav Gallantın "agentlik əməkdaşlarının 7 oktyabr hücumlarında iştirak etdiyi" iddialarını rədd edib.
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) sözçüsü Adnan Əbu Hasene AA müxbirinə verdiyi açıqlamada Gallantın açıqlamalarının əsassız olduğunu bildirib.
Adnan Əbu Hasense İsrailin daha əvvəl İzzəddin əl-Qəssam Briqadalarının İsraildə başlatdığı Əl-Əqsa daşqın hücumunda 12 işçinin iştirak etdiyini iddia etdiyini, lakin UNRWA Baş Komissarının dərhal hərəkətə keçdiyini və araşdırma başlatdığını və 9 işçinin müqavilələrini ləğv etdiyini açıqlayıb.
Kənan
Sitat.info