Rus qoşunları Avdeyevkadakı koks-kimya zavodunu ukraynalı hərbçilərdən tamamilə “təmizləyib”.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Mərkəz” qüvvələr qrupu hücumu inkişaf etdirərək, Avdeyevski istiqamətində koks-kimya zavodunu tam nəzarətə götürüb. Zavodun inzibati binalarına Rusiya bayraqları asılıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, Ukrayna ordusu nizamsız halda geri çəkilməyə davam edib.