"Bakının ən fırıldaqçı yanacaq doldurma məntəqələrindən biri və hətta birincisi ola biləcək “X petrol” (Xəqani petrol). Binəqədidə "Lido" restoranının yanındadır. Hər cür fırıldaqçılığa əl atırlar, oğurluq edirlər.
Sitat.info xəbər verir ki, bu sözləri jurnalist İlkin Muradov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, yanacaqdoldurma məntəqəsi onu dəfələrlə aldatmağa çalışıb: "Məni və tanışlarımı dəfələrlə aldatmağa çalışıblar. Başda 1-2 dəfə də aldadıblar. Deməli, axırıncı dəfə 20 manat vermişəm. Gördüm ki, az vurub. Çeki istədim verdi. Baxıram ki, mən məntəqəyə 15:30-da girmişəm, amma mənə 15:28-in çekini verib. Əvvəl üzümə durmağa çalışdılar. Sonra əlavə 20 manat da vurub fırıldaqlarını sübut elədim (datçiklə). İndi gözlərini döyürlər. Növbə rəisi gəlib. Hamısı bilir kimin nə qələt elədiyini. Özünü ağıllı kimi aparır. Əlavə 10 manat da vurdu, o qədər də söz dedim. Tələsirdim deyə xüsusi vaxt ayıra bilmədim"
Qeyd edək ki, məsələ ilə bağlı adı çəkilən yanacaqdoldurma məntəqəsinin məsul şəxsləri ilə əlaqə saxladıq. Qısa zamanda problemin səbəbini araşdıracaqlarını bildirdilər.
Seymur,
sitat.info