Peskovdan Paşinyanın Rusiya barədə dediklərinə reaksiya

14:46 19 Fevral 2024

Rusiya və Ermənistan Ukrayna ilə bağlı diametral əks mövqeyə malikdirlər, Moskva bu mövqeyi yaxşı bilir.

Sitat.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Həqiqətən, bizim Ukraynada baş verənlərə və Ukrayna ətrafındakı münaqişəyə dair diametral şəkildə əks baxışlarımız var, bu heç kimə sirr deyil. Ona görə də bu, bizim erməni dostlarımızın məlum mövqeyidir. Biz bu məsələdə onlarla razılaşmırıq və haqlı olduğumuzu israrla izah etməyə davam edəcəyik”, – Peskov jurnalistlərə deyib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyadakı erməni icmasının nümayəndələri ilə görüşündə Ermənistanın Ukrayna məsələsində Rusiyanın müttəfiqi olmadığını bildirib.



Xəbər xətti