Ümid edirəm ki, Ermənistan-Azərbaycan danışıqlarının yeni mərhələsi başlayacaq.
Sitat.info xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin Büdcə Komitəsinin sədri, hakim “Mülki müqavilə” partiyasının üzvü Gevorq Papoyan deyib.
O, Azərbaycanın Ermənistanın Konstitusiyaya dəyişikliklər etməsi tələbinə toxunub:
“Ermənistanın Konstitusiyasını dəyişib-dəyişməmək daxili işimizdir, bu, Ermənistan Respublikasının Konstitusiyasına dəyişiklik etmək hüququna malik olan subyektlərdən asılıdır. Bunun heç bir ölkənin tələbi ilə əlaqəsi ola bilməz. Bu, qəbuledilməzdir və əminliklə deyə bilərəm ki, belə olmayacaq”.
Papoyan vurğulayıb ki, Ermənistanda Konstitusiya haqda xalq qərar verəcək:
“2018-ci ildən sonra bizdə seçkilər saxtalaşdırılmayıb və saxtalaşdırılmayacaq. Əgər yeni Konstitusiya qəbul olunsa, biz onunla barışmalıyıq, əks halda, yenə barışmalıyıq”.