Mərdəkan şosesində qəza sıxlıq yaratdı

16:45 19 Fevral 2024

Mərdəkan şosesi, Milli Aviasiya Akademiyasının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qəza səbəbindən Mərdəkan qəsəbəsi istiqamətində sıxlıq yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib. Yaranan sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.



Xəbər xətti