İsrailin işğalçılıq cinayətləri Beynəlxalq Ədalət Məhkəməsində: Dinləmələr başlayıb

16:02 19 Fevral 2024

Beynəlxalq Ədalət Məhkəməsində İsrailin işğal etdiyi Fələstin ərazilərindəki siyasət və tətbiqlərinin hüquqi nəticələri ilə bağlı dinləmələr başlayıb. Fevralın 26-da Türkiyənin açıqlama verəcəyi məhkəmədə nümayəndələr 30 dəqiqəlik təqdimatla çıxış edəcək. Fələstin Xarici İşlər Naziri Riyad əl-Maliki, Beynəlxalq Ədalət Məhkəməsindəki çıxışında deyib: "BMT nizamnaməsi bütün xalqların öz müqəddəratını təyinetmə hüququnu təmin etdi və dünyanı müstəmləkəçilik və irqçilikdən xilas edəcəyinə söz verdi. Bununla belə, fələstinlilər onilliklər boyu bu hüquqdan məhrum edildilər". 

Sitat.info xəbər verir ki, İsrailin Fələstində törətdiyi cinayətlər beynəlxalq yurisdiksiyada araşdırılır.

Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) “İsrailin Şərqi Qüds də daxil olmaqla işğal olunmuş Fələstin ərazilərindəki siyasət və təcrübələrinin hüquqi nəticələri ilə bağlı rəyi” ilə bağlı dinləmələr başlayıb. Fələstin nümayəndələri bu gün 19-26 fevral tarixlərində Hollandiyanın Haaqa şəhərindəki Sülh Sarayında keçiriləcək ictimai dinləmələrdə açıqlamalar verəcəklər.

52 ölkə və 3 beynəlxalq təşkilatın şifahi açıqlama verəcəyi və 6 gün davam edəcək dinləmələrdə, İsrail fikirlərini yazılı şəkildə təqdim edəcək və iştirak etməyəcək.

Fevralın 26-da Türkiyənin açıqlama verəcəyi məhkəmədə, nümayəndələr 30 dəqiqəlik təqdimatla çıxış edəcək.

Dinləmələrin sonunda Ədalət Məhkəməsinin verəcəyi rəy hüquqi baxımdan məcburi sayılmayacaq, lakin İsrailə hüquqi və mənəvi təzyiqləri artıracağı gözlənilir.

Məğrur,

Sİtat.info



Xəbər xətti