Moskvada aktual problemlərlə bağlı jurnalistlərə açıqlamalar verən Peskov Navalnının həbsxanada ölməsi məsələsinədə toxunub.
Sitat.info xəbər verir ki,. "Navalnının cənazəsi ailəsinə nə vaxt veriləcək" sualına Peskov belə cavab verib: "Bizi bu məsələ maraqlandırmır. Bu, prezident administrasiyasının funksiyası deyil". -deyə cavab verdi.
Navalnının ölümü ilə bağlı istintaq prosesindən danışan Peskov deyib ki, proses davam edir: " Bununla bağlı bütün lazımi prosedurlar həyata keçirilir. İstintaqın nəticələri hələ ictimaiyyətə açıqlanmadığından, heç nə məlum deyil".
Peskov Qərb ölkələrinin Navalnının ölümü ilə bağlı Rusiya rəhbərliyinə qarşı açıqlamalar verdiyinə diqqət çəkib:
"Məlumat olmayanda açıq-aşkar kobud ifadələr səsləndirmək qətiyyən yolverilməzdir. Bu, dövlət adamlarına yaraşmır. Təbii ki, bu bəyanatlar prezidentə zərər verə bilməz, lakin bu, açıqlama verənlər üçün heç də xoş deyil".
Peskov Putinin Navalnının ölümünə reaksiya vermədiyini bildirib.
Ayna,
Sitat.info